Dünən xəbər vermişdik ki, Ağdaş rayonunun Qəribli kəndində 37 yaşlı Cabir Savxanov həmkəndlisi 22 yaşlı Sahib Həsənovu qətlə yetirib. Yaralı Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilirdi ki, mərhum S.Həsənov Qəribli bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?