İstanbulun Kadıköy ərazisində qəhvəxanada P.K. adlı 20 yaşlı qıza təcavüz olunub.
İş yerinin tualetində qızı zorlamaqda təqsirləndirilərək həbs olunan 17 yaşlı ofisiant H.A.-ya prokuror 17 il həbs cəzası istəyib. Hadisə 19 may günü baş verib. Uşaq Ağır Cəza Məhkəməsinə göndərilən iddianamədə, qızın ofisiant H.A.-dan tualetin yerini soruşduğu, şübhəli H.A. da P.K.-nı ayaqyoluna salaraq zorladığı haqda məlumatlar yer alıb. Qeyd olunur ki, H.A. qızı zorladıqdan sonra tualetin qapısının kilidini açıb. İddianamədə ofisiantın qıza bıçaqla hədə-qorxu gəldiyi qeyd edilib. Zərərçəkənin şikayətindən sonra ofisiant həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?