Hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.
Rayon sakini, 46 yaşlı Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 70 yaşlı Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.
Başından və bədənindən ağır zərbələr alan A.Cahangirov Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı dünyasını dəyişib. Cinayəti törədən Q.Cahangirov atasını ağır vəziyyətdə gördükdə həmin balta ilə öz başına zərbə vurub.
O, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirərək əməliyyat olunub. Alkoqol aludəçisi olan Q.Cahangirovun hadisə zamanı içkili vəziyyətdə olduğu bildirilir.
Hadisə ilə əlaqədar Şamaxı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?