Bakıda yol polisi avtomobili sığorta şirkətinə məxsus maşınla toqquşub.
Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus, polis inspektoru Nizami Məmmədovun idarə etdiyi 99 YP 496 dövlət qeydiyyat nişanlı avtomobil, “Azsığorta” ASC-ə məxsus, Natiq Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?