gundemxeber.az APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxışı sentyabrın 12-nə təyin edilib.
Hökmdən narazı qalan prokuror da apellyasiya protesti verib. Hər iki şikayət araşdırılacaq.
Qeyd edək ki, Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib o, məhkəmə zalından azadlığa buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?