Ukrayna polisi Kirovoqrad vilayətində yerləşən “Şaşlıçnıy” kafesində kriminal avtoritetlərə qarşı əməliyyat keçirib.
Saxlanılan şəxslər arasında azərbaycanlı “qanuni oğru”lar da var. Ümumilikdə, əməliyyat nəticəsində Ukraynanın mərkəzi regionları – Kirovoqrad, Dnepropetrovsk və Nikolayevsk vilayətlərindən olan 27 kriminal avtoritet saxlanılıb. KİV saxlanılan şəxslər arasında Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və digərlərinin azərbaycanlı olduğunu açıqlayıb. Görüşdə tərəflər arasında təsir sahələrinin bölünməsi ilə bağlı müzakirələrin aparıldığı deyilir. Saxlanılan şəxslərdən iki avtomat, qumbara da daxil olmaqla bir neçə odlu silah müsadirə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?