Türkiyənin Uşak bölgəsində dəhşətli hadisə baş verib.
Adı açıqlanmayan 16 yaşlı qız dünyaya gətirdiyi körpəsini evinin pəncərəsindən aşağı atıb. Evinin tualetində gizlicə doğuş edən azyaşlı ailəsindən qorxduğu üçün bu yola əl atdığını deyib. Dünyaya gələn uşağın ağlama səslərini eşidən qonşular polisə xəbər verib. Polis hadisə yerinə gəldikdə yeni doğulmuş körpəni ölü halda, ananı isə qanlar içində tapıb. Gənc ananın 18 yaşlı nişanlısından hamilə qaldığı bildirilib. Nişanlı cütlük polis tərəfindən nəzarətə götürülüb və haqlarında cinayət işi açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?