Bakının Sabunçu rayonundakı kafelərdən birində qadınlar arasında əlbəyaxa dava olub.
gundemxeber.az report.az-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisindəki müəssisədə baş verib.
Belə ki, 35 yaşlı Novruzova Gülarə Səfi qızı qeyri-rəsmi nikahda yaşadığı şəxslə kafedə olarkən, digər masada əyləşən qadınlardan biri onun yanındakı şəxslə ünsiyyət qurmaq istəyib. Bundan qəzəblənən G.Novruzova qadına iradını bildirib və bu zaman tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə qarşı tərəf G.Novruzovanın başına qədəhlə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinda araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?