Azadlığa çıxmış “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) İstanbuldadır. Virtualaz.org-a məlum olduğuna görə, kriminal avtoritet ailəsinin və yaxın dostlarının əhatəsindədir.
gundemxeber.azxucularına Nadir Səlifovun azadlığa çıxdıqdan sonrakı ilk fotoşəklini təqdim edir. Şəkildə kriminal avtoritet qardaşı, “qanuni oğru” Namiq Səlifovla yanaşı durub.
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?