GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda 26 yaşlı qız “Facebook”da tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı - Və...

Bakıda 26 yaşlı qız “Facebook”da tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı - Və...

Tarix: 28-10-2017, 12:17 Bölmə :Kirminal Baxış: 358

“...Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəyəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha yarvardım ki, günahımdan keçsin, məni cəhənnəm əzabından xilas etsin”, - göz yaşlarını silib, analizlərin nəticəsini göstərir.

Respublika Toksikologiya Mərkəzində həyatını xilas ediblər. Müayinələr zamanı məlum olub ki, üstəlik miokard infaktı da keçirib. Hazırda Binəqədi Rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edən 26 yaşlı Binəqədi rayon sakini Aidə Məmmədova (araşdırma aparıldığından ad və soyad dəyişdirilib - virtualaz.org) başına gələnləri virtualaz.org-a danışıb:

- İşləmək istəyirdim, ona görə də, elanlardakı telefonlara zəng vurub maraqlanırdım. Özüm də “Facebook” sosial şəbəkəsində elan vermişdim. Yaradıcılıq mərkəzi adlı səhifədən dostluq gəldi, mən də qəbul etdim. Yazdılar ki, iş var, müraciət edə bilərsiniz. Mən də getdim, işlə maraqlandım. Orada bir oğlan vardı, telefon nömrəmi götürdü ki, işlə bağlı məlumat verəcək. Axşam yazdı ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, ona görə də, kişilərin əhatəsində işləməyini istəmirəm. Beləcə 1 aya yaxın danışdıq, sonra mənə elçi göndərdi, ailəm razılıq verdi. Bundan sonra üzük almağa gedəcəkdik, bizə gəldi. Evdə heç kimin olmamasından istifadə edib boğazımdan tutub yerə yıxdı, ayaqları ilə çiynimi, əllərimi əzdi. Müqavimət göstərsəm də, bacara bilmədim, əxlaqsız hərəkətlər etdi.

- Buna görə intihar etmək istədin?

- Ağladım, dedim ki, onsuz da evlənəcəyik, niyə belə edirsən? Dedi ki, hər vasitəyə əl atıram ki, məndən ayrılmaq fikrinə düşməyəsən. Özümü təhqir olunmuş hiss edirdim, amma dərdimi heç kimə danışa bilmirdim. Növbəti dəfə evdə heç kimin olmadığını bilən kimi gəldi, qapını açanda boğazımdan tutub boğdu, huşumu itirənə qədər təcavüz etdi. Bu hadisə dəfələrlə təkrar olunub. Təsəvvür edin ki, ailə qurmaq istəyən oğlan küçədə insanların gözü qarşısında sənə əl atır, soyundurmağa çalışır. Neçə dəfə üstümə bıçaq çəkmişdi.

- Bəs niyə ayrılmırdın? Ən azı anana məlumat verəydin.

- Atamı, dayımı, qardaşlarımı düşünürdüm. Anama deyə bilmirdim, amma onun bibisinə demişdim. Dedim ki, onun alçaldıcı hərəkətlərindən sonra özümü öldürmək həddinə çatmışam. O da dedi ki, nişanlındır, özü bilər. Düşünürdüm ki, ailə qurar, sonra boşanarıq. Bilirdi ki, atamın, dayımın qorxusundan evdə heç nə deyə bilməyəcəyəm. Hər dəfə xəbərdarlıq edirdim, deyirdim ki, belə hərəkətlər etmə, özümü öldürəcəyəm. Dedi ki, özünə bir şey eləsən, namussuz olduğunu söyləyəcəyəm, səni qohumlarının, qonşularının içində biabır edəcəyəm. Həmin gün bibisi zəng vurdu, anamı, məni təhqir etdi. Dedi ki, sənin qızın namussuzdur, əgər namusunuzun təmizlənməsini istəyirsinizsə, ev alın, toy edib yaşasınlar. Atam da nişanı geri qaytardı. Dedi ki, belə ailə ilə qohum olmaq istəmir. İntihardan başqa çıxış yolu görmədim. Hələ də atam mənə təcavüz olunduğunu bilmir, döyülməyimdən də xəbəri yoxdur.

- Prokurorluq araşdırma aparır, bəs ailən məlumatsızdır?

- Özümü öldürəcəyimi deyəndən sonra məni sakitləşdirməyə çalışdı, dedi ki, çox peşmanam. Cinsi istəklə bağlı problemlərim var, amma həll edəcəyəm. Rəsmi nikah bağlayaq ki, toy edilsin, toydan bir neçə gün sonra ayrılaq. Amma eyni hərəkətləri təkrarlayandan və bibisi anamı təhqir edəndən sonra özümü öldürmək istədim ki, heç olmasa, ailəmi alçaltmasınlar. Intihar cəhdindən sonra Respublika Toksikologiya Mərkəzindən polisə məlumat veriblər. Elə xəstəxananın qarşısında qohumları anamın üstünə hücum edib. İndi isə deyir ki, intihar etdin, iş bağlanacaq, toy da olmayacaq. Bilmirəm, atamın üzünə necə baxacağam.

- Danışdıqca ağzından qan gəlir, üstəlik infakt keçirmisən. Niyə əvvəlcə müalicə olunmağı düşünmürsən?

- Həm özü, həm də qohumları döyərək, təhqir edərək, təcavüzə məruz qoyaraq məni intihar həddinə çatdırıb. Kimi inandıra bilərəm ki, mənə zor tətbiq edib, döyərək təcavüz edib? Hamı deyir ki, niyə vaxtında müraciət etmirdin? Amma heç kim atamın, qardaşımın, qohumlarımın nə fikirləşəcəyini, mənim sarsıntılarımı başa düşmür. O qədər sarsıntı keçirmişəm ki, artıq sağlamlığım məni maraqlandırmır. Günlərdir ağlayıram, heç nə yemək istəmirəm. Təşkilata müraciət edəndən sonra Mehriban Zeynalovanın təkidi ilə həkimə getdim, müalicə yazdılar. Mehriban xanım anama vəziyyəti başa saldı, dedi ki, qızın ölməməsi üçün müalicə şərtdir. Yalnız bundan sonra hüquqları üçün mübarizə apara bilərik. Anam artıq məni qınamır, başa düşür. Məni danladı, dedi ki, güclü olmasan, haqlı olduğunu müdafiə edə bilməyəcəksən. Müalicə olunandan sonra məhkəməyə müraciət edəcəyəm, səhhətimə dəyən zərərin ödənilməsini istəyəcəyəm. Bundan sonra Respublika Prokurorluğuna müraciət edib işə onların nəzarəti ilə baxılmasını xahiş edəcəyəm. Yalnız ona görə ki, bilsinlər, insanların taleyi ilə oynamaq olmaz. Mən indi başa düşürəm ki, adam yanında onu başa düşəcək birilərinin olmadığını biləndə, təhqir olunanda, qorxanda intiharı çıxış yolu kimi görür. Mənə başqa çıxış yolu tanımadı, hər dəfə özümü öldürəcəyimi deyəndə ələ saldı. Amma indi cəzalanması üçün güclü olmağa çalışacağam.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 16 yaşlı qız onu zorlayan oğlandan hamilə qaldı

    Bakıda 16 yaşlı qız onu zorlayan oğlandan hamilə ...

    28-06-2013, 12:49

  • 
  • Bakıda 22 yaşlı qız zorlandı

    Bakıda 22 yaşlı qız zorlandı ...

    15-07-2013, 23:20

  • 
  • 22 yaşlı qadın tanışı tərəfindən zorlandı

    22 yaşlı qadın tanışı tərəfindən zorlandı ...

    20-08-2013, 14:28

  • 
  • 20 yaşlı qızın Novxanıda bıçaqladığı oğlan öldü

    20 yaşlı qızın Novxanıda bıçaqladığı oğlan öldü ...

    13-10-2015, 13:41

  • 
  • Bakıda 22 yaşlı oğlan özünü öldürmək istəyib

    Bakıda 22 yaşlı oğlan özünü öldürmək istəyib ...

    18-01-2016, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu