GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Fədayə sevgilisi üçün çox əzab çəkirdi” - həbsdəki müğənninin sevgi hekayəsi...

“Fədayə sevgilisi üçün çox əzab çəkirdi” - həbsdəki müğənninin sevgi hekayəsi...

Tarix: 31-10-2017, 18:54 Bölmə :Kirminal Baxış: 541
“Fədayə sevgilisi üçün çox əzab çəkirdi” - həbsdəki müğənninin sevgi hekayəsi...


Artıq iki gündür ki, ölkə gündəmini tanınmış müğənni Fədayə Laçının həbsi və olayın təfərrüatları ilə bağlı məlumatlar zəbt edib. Adətən, ətrafındakılara sakit, mülayim, qalmaqallardan uzaq sənətçi təsiri bağışlayan müğənninin gözlənilmədən kriminal aləmlə bağlılığının üzə çıxması həm pərəstişkarlarını, həm də sənət yoldaşlarını şoka saldı.

Hadisələrin gedişatından məlum oldu ki, sənətçi artıq bir neçə ildir ki, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla sevgilidir. Report.az saytının yazdığına görə, ötən gün Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib.

Lakin Fədayə Laçın özünü məlum qaçış olayında təqsirli bilmədiyini, “Qoca” ilə sonuncu dəfə 2 ay öncə görüşdüyünü deyib: “Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm”.

Qeyd edək ki, Fədayə Laçının sənət yoldaşları artıq sosial şəbəkələrdə, mətbuatda ona dəstək olmağa çalışırlar, bu olayda sənətçinin yalnız sevginin qurbanı olduğunu bildirirlər.

Lalə Məmmədova: “Yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi”

Fədayə Laçını yaxından tanıyan əməkdar artist Lalə Məmmədova musavat.com-a danışaraq sənətçi və onun sevgisi haqqında ilginc açıqlamalar verib: “Allah heç kəsin başına bu cür hadisə gətirməsin. Təbii ki, əgər cinayət işləyibsə, hər kəs qanun qarşısında cavab verməlidir. Amma Fədayə Laçın həqiqətən çox saf, ürəyi təmiz, genişqəlbli bir insandır. Ancaq genişqəlbli insan sevərək hər şeyi gözə ala bilərdi. Sözün düzü bilmirdim ki, onun sevdiyi şəxs kimdir. Amma bilirdim ki, çox əziyyət çəkirdi, kefi yox idi. Arada bizim yazışmalarımız olurdu. Görürdüm ki, vaxtaşırı depressiyaya düşür. Yalnız axır vaxtlar “Nanəli” verilişinə çıxanda o depressiyadan çıxa bilirdi. Yəni özünə qapanmışdı. Bilirdim ki, sevgilisi uzaqdadır. Amma bu sevgi haqqında dərin məlumatım yox idi. Bir qadın olaraq onun durumu ürəyimi ağrıdır. Bir daha qeyd edirəm ki, yalnız o, bütün həyatını, karyerasını fədakarcasına sevgisinə qurban verə bilərdi. Əlbəttə ki, o bir qadın və ən əsası anadır. Bildiyim qədərincə böyük övladı var”.

Manaf Ağayev: “Kriminal aləmdə olsaydı, çoxdan tutulmuşdu”

Sənətçi ilə birgə məclisləri bölüşən müğənni Manaf Ağayev də onun kriminal aləmlə bağlılığına inanmadığını bildirdi: “Fədayə xanım çox ağıllı, mərifətli, məclislərdə özünü apara bilən qadındır. Məclislərdə, tədbirlərdə həmişə bir yerdə olmuşuq. Hələ də bu xəbərə inana bilmirəm. Gözəl xanım, gözəl insan olduğu üçün onun kriminal aləmlə bağlı olduğunu düşünə bilməzdim. Hələ də şokdayam. Onu təxminən 15-20 ildir ki, tanıyıram. Bu illər ərzində onda heç vaxt mənfi xüsusiyyət görməmişəm. Fədayə həmişə el içində, məclislərdə olub. Kriminal aləm hara, o hara? İndiyə qədər nə həbs edilib, nə də tutulub. Birinci dəfə idi ki, belə bir olayı eşidirik. Kriminal aləmdə olsaydı, çoxdan tutulardı”.

Faytonçu Nazim: “İstəməzdim onun bu cür halını görüm..."

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari hələ də olayda yanlışlıq olduğuna inandığını dedi: “Bu xəbəri eşidəndə və oxuyanda əvvəlcə elə bildim ki, yanlışdır. Mən Fədayəni zəhmətkeş bir müğənni kimi tanıyıram. Heç kimlə işi yox idi, həmişə öz işi, sənəti ilə məşğul idi. Bu, mənim üçün açığı çox şok oldu. Yəni, kriminal aləmlə bağlılığı, hansısa məhbusun qaçmasına yardım etməsi və s... Heç vaxt bu cür olayı gözləməzdim. Nə deyim, Allah köməyi olsun. İstəməzdim ki, onun bu cür halını görüm. Çünki Fədayə çox mülayim və zərif bir insandır. Hər şeyi də ürəyinə salandır. Kaş ki, bu olay yanlış olsun və tezliklə Fədayə bizim aramıza qayıtsın”.

Müğənnin bacısı İlahə Fəda musavat.com-a açıqlamasında bacısının saf qəlbli insan olduğunu, sənətçilərin fikri ilə razılaşdığını bildirdi. Lakin bacısı Fədayə Laçının həbsi haqqında hələlik susmağa üstünlük verdiyini deyib: “Onun həbsi ilə bağlı artıq danışmaq istəmirəm. Vaxtı, zamanı gəldikdə açıqlamalar verəcəm”.

Fədayə Laçın ilə uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlunun keçmiş həmkarı haqqında söylədiyi fikirlər isə birmənalı qarşılanmayıb. Sənətçi musavat.com-a açıqlamasında Fədayə Laçının son illərdə düzgün yolda olmadığını, bu səbəbdən də həbsinin onun üçün gözlənilməz olmadığını bildirib.

Qeyd edək ki, dəfələrlə mətbuatda hər iki sənətçinin uzun illər sevgili olduğu, sonralar bilinməyən səbəbdən ayırıldıqları haqda məlumatlar dərc olunub.

Bu arada mətbuatda sənətçinin “Facebook” sosial şəbəkəsində paylaşdığı son statuslar yayılıb. Müğənninin oktyabrın 26-da paylaşdığı “Səni zindanda görən ağlasın”, “Allahım, uzaq və müşgül səfərdə olanların yolunu özün aç, Ya Rəbbim. Sənin məsləhətinə şükürlər olsun”, “Allahım, özün kömək ol, Ya Rəbbim” kimi statusları diqqəti çəkib.

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Məhkəməsinin qərarı ilə sənətçinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs edilən Fədayə Laçının "Qoca” ilə FOTOSU

    Həbs edilən Fədayə Laçının "Qoca” ilə FOTOSU ...

    30-10-2017, 21:16

  • 
  • Fədayə Laçının kriminal avtoritetə görə həbs edilməsinin yeni TƏFƏRRÜATLARI, EKSKLÜZİV

    Fədayə Laçının kriminal avtoritetə görə həbs ...

    30-10-2017, 17:19

  • 
  • Fədayə Laçın: ""Qoca" ilə qatarda görüşmüşəm" - PLANIN DETALLARI

    Fədayə Laçın: ""Qoca" ilə qatarda ...

    31-10-2017, 15:00

  • 
  • Fədayə Laçın “kürd referendumu”nu dəstəkləyir?

    Fədayə Laçın “kürd referendumu”nu dəstəkləyir? ...

    2-10-2017, 12:15

  • 
  • Baş Prokurorluq Fədayə Laçının həbsini təsdiqlədi

    Baş Prokurorluq Fədayə Laçının həbsini təsdiqlədi ...

    30-10-2017, 19:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu