Bakıda ''Porsche''ni qonşusunun üstünə sürərək onu ölümlə hədələyən biznesmenin generalla qohumluq əlaqəsi üzə çıxıb. Biznesmenin hiddətinə qonşusunun ona salam verməməsi səbəb olub.
Bir neçə gün əvvəl Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Rəşad qaraşda ona salam verməyib. Bu hərəkəti özünə hörmətsizlik kimi qəbul edən Orxan qarajda onunla dalaşıb, sonra da ''səni tapdalayaram'' deyərək maşınının sükanı arxasına keçib. ''Porsche'' markalı avtomobilini işə salaraq Rəşadın üstünə sürüb.
O.Əhədov vergilər naziri Fazil Məmmədovun müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışır. H.Məmməov vergi generalıdır.
O.Əhədovun Bakıda bir neçə çay evi və obyektləri var. Qardaşı Rövşən Əhədov isə bir neçə il əvvəl adam öldürüb və artıq cəzasını başa vuraraq azadlığa buraxılıb.
Onu da qeyd edək ki, O.Əhədov xuliqanlıq hərəkəti etməklə yanaşı, polisə qarşı da saymamazlıq edir. Hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının çağırışlarına məhəl qoymur, barəsindəki şikayətlə bağlı izahat verməkdən boyun qaçırır./criminal.az
Sorğu
Yeni dizaynımız necədir?