GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

Tarix: 1-11-2017, 14:28 Bölmə :Kirminal Baxış: 450
Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...


Xalq artisti, balerina Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyon manatdan çox vergidən yayınması faktına görə cinayət işi qaldırılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı cinayət işi istintaq aparılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Bu haqda femida.az bildirir.

gundemxeber.az bildirir ki, məlum olub ki, cinayət işi təxminən 20 gün əvvəl qaldırılıb. Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova virtualaz.orgsaytına müsahibəsində klinikada tətbiq edilən qara mühasibatlıq və pulların vergidən yayındırılması barədə sensasion faktlar açıqlamışdı. Ş. Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Bundan sonra Şıxlinskaya onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək keçmiş baş mühasibin klinikanın “qara kassasından” 1 milyon manat oğurlamaqda ittiham edib.
Həmin şikayət əsasında əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq aparıb, lakin tutarlı dəlillər olmadığından istintaq dayandırılıb. Daha sonra Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Leyla Şıxlinskayanın şikayəti əsasında istintaqı yenidən bərpa edib, ancaq keçmiş baş mühasib və işdə adı keçən digər əməkdaşlar onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

Habelə Ş.Abbasova həm istintaqa ifadəsində, həm saytımıza müsahibəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Söhbət klinikanın fəaliyyət göstərdiyi 17 il ərzində tətbiq edilən qara mühasibatlıqdan gedir. Və həmin irimiqyaslı vergidən yayınma faktına görə hüquq-mühafizə orqanları nəhayət cinayət işi qaldırıblar. Oğurluq ittihamına görə isə keçmiş baş mühasib də daxil olmaqla klinikanın bir neçə əməkdaşının barəsində qaldırılmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Leyla Şıxlinskaya "Qafqazinfo"ya açıqlamasında klinikanın iri məbləğdə vergidən yayınmasına görə cinayət işi qaldırıldığını dolayısı ilə təsdiqləyib: “ “Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiz. Mən ancaq o orqanların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir” - AKTRİSANIN QARA KASSASI VƏ QƏZƏBİ

    Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir ...

    23-09-2017, 21:15

  • 
  • Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”

    Baş prokuror: “Leyla Yunusa təzyiq edilməsi ...

    1-10-2014, 11:49

  • 
  • Keçmiş müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı

    Keçmiş müdafiə nazirinə qarşı cinayət işi ...

    28-11-2013, 11:01

  • 
  • Üç korrupsiyaçı barədə cinayət işi qaldırılıb

    Üç korrupsiyaçı barədə cinayət işi qaldırılıb ...

    18-09-2013, 10:04

  • 
  • Həmidə Ömərova: "Şıxlinskaya aktrisa olsaydı..." - VİDEO

    Həmidə Ömərova: "Şıxlinskaya aktrisa ...

    30-10-2015, 23:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu