"Lotu Quli"nin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşğuyla qarşılanıb.
Məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan "Quli" ora yeni “smotryayuşi” də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir. Lent.az-ın məlumatına görə, "Quli" həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, "Quli" ən qısa zamanda Yekaterinburqa gələcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?