Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın həbs edilib.
gundemxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi sevgilisi "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilir.
Oktyabrın 23-də həbs olunan sənətçi sonuncu dəfə “Nanəli” verilişinin qonağı olub. Sözügedən proqram oktyabrın 29-da efirə gedib. Oktayabrın 30-da isə Fədayənin həbs xəbəri yayılıb.
Yayılan xəbərlərə görə, müğənni verilişin çəkilişi zamanı dəfələrlə getmək istədiyini deyib, ağlayıb və çox narahat imiş.
F.Laçının həbsdən əvvəlki son görünütüsünü təqdim edirik:
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilib.
Ötən gün gecə yarısı “vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?