GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Eldar Mahmudov istintaqla anlaşıb, yoxsa həbslə ...

Eldar Mahmudov istintaqla anlaşıb, yoxsa həbslə ...

Tarix: 9-11-2017, 09:13 Bölmə :Kirminal Baxış: 307

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 6-da 5 saat ərzində müstəntiq tərəfindən dindirilib. Sabiq nazir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə ifadə verib.

Bundan əvvəl Baş Prokurorluq E.Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, “qara kassası” olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bakı Hərbi Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Belə məlumatlar da var ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırılacaq və ona ittiham elan edəcəklər. Sabiq nazirin əmisi oğlunun təqsirləndirildiyi iş üzrə əsas fiqur olması haqda ifadələrin də olduğu bildirilir.

“Yeni Müsavat”ın əməkdaşı Eldar Mahmudovun ətrafında baş verən proseslərlə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.

Ə.Həsənov deyib ki, Eldar Mahmudovun müəyyən anlaşmaların nəticəsi olaraq istintaqa çağırıldığını istisna etmir: “Fikir verirsinizsə, Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu 2 il əvvəl həbs etdirə bilərdilər. Etmədilər. Sanki gözləmə mövqeyində dayanmışdılar. Bu günlərdə çağırıb ittiham elan etdilər. 2 il gözləmələri səbəbsiz olmayıb. Onun həbsinin ardından Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması və mətbuatda yazılanlara görə, 5 saat dindirilməsi ”MTN işi"ndə yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Maraqlı məqam odur ki, Eldar Mahmudovu çağırıb dindiriblər, amma status haqda məlumat yenə də verilmir. Bu gün də aydın deyil ki, Eldar Mahmudov istintaqa şahid, təqsirləndirilən şəxs, bəlkə elə zərərçəkən şəxs kimi çağırılıb. Amma bütövlükdə Azərbaycan reallığını nəzərə alsaq, Eldar Mahmudovu da bu günə qədər həbs olunan nazirlər kimi dəmir barmaqlıqlar arxasına göndərilə bilər.

2 il müddətində Eldar Mahmudovun həbs edilməməsinin istintaqçıların fakt və sübutlar müəyyən edə bilməməsi ilə izah etmək doğru olmaz. Onun ən yaxın çevrəsinin həbsi təbii ki, istintaqın onu da həbs edə biləcəyini söyləməyə əsas verir. Məsələnin bu tərəfi də var ki, Eldar Mahmudov adi nazirlərdən olmayıb. Onun tutduğu vəzifənin verdiyi imkanlar dövlətin bir çox gizlinlərinə bələd olmasına yol açır. Ola bilər ki, işdən çıxarılsa da, dövlətlə əlaqəli bitirmədiyi işlər də olub. 2 il həmin işlərin görülməsi üçün az bir müddət deyil. Ola bilər ki, bu müddətdə onun qurduğu əlaqələr dövlətə lazım olub və ona dəyməyiblər. Bütün dünyada belədir, xüsusi xidmət orqanlarının rəhbərlərinə xüsusi münasibət göstərilir. Cinayət ediblərsə belə, belə orqanların rəhbərlərinə qarşı münasibət bir qədər fərqli olur. Eldar Mahmudovla da əlaqəli işdə istisna deyil ki, belə hallar olub və son 2 ildə gözləmə mövqeyini şərtləndirib. Mümkündür ki, “MTN işi”nin əvvəlində istintaqla müəyyən sövdələşmə olub və hazırki hərəkətlilik də həmin sövdələşməyə uyğundur".

Ə.Həsənov deyir ki, ötən 2 il ərzində Eldar Mahmudovla istintaq arasında əlaqə olub: “Onun özünü harasa çağırmayıblar. Yaşadığı evə gedib onunla orada danışıblar. Onun hazırkı dönəmdə Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılması təsadüfi deyil. Bununla göstərmək istəyirlər ki, Eldar Mahmudov elə də toxunulmaz deyil”.

Ə.Həsənov E.Mahmudovun istintaqa çağırılmadan “MTN işi”nin yekunlaşdırılmasının məntiqə uyğun olmadığını söylədi: “Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun rəhbərlik etdiyi nazirlik faktiki olaraq ləğv olundu, 2-yə parçalanıb bazasında uyğun qurumlar yaradıldı. Ləğv olunmuş MTN-də çalışmış, çeşidli cinayətlərdə adı hallanan generallar, idarə və şöbə rəisləri tutulub məhkəmə qarşısına çıxarıldı. Belə bir vəziyyətdə MTN-də baş verənlərdən Eldar Mahmudovun xəbərsiz olmasına inanmaq sadəlövhlük olardı. Eldar Mahmudovu istintaqa cəlb etmədən ”MTN işi"nin bağlanması mümkün deyil. İstisna deyil ki, bunu nəzərə alıb sabiq nazirlə kompromisə gəlinib. Mahmudov istintaqa cəlb edilməsinə razılıq verir, şərti iş alır və həbsə düşmədən canını qurtarır. Bir neçə il sonra ona bəraət də verə bilərlər. Ətrafında olmuş, müxtəlif cinayətlərə görə həbsə alınan generallarını, şöbə müdirlərini, yaxın qohumu Vüqar Mahmudovu da 1-2 illik həbs həyatından sonra cəzalarını şərti cəza ilə əvəzləyib buraxacaqlar. Bununla da “nə şiş yanacaq, nə kabab”.

Ə.Həsənov E.Mahmudovun istintaqla anlaşmasının bəzi təzahürlərinin olduğunu da deyib: “Fikir verdinizsə, Vüqar Mahmudov günahsız olduğunu dedi. Amma barəsindəki 4 aylıq həbs qərarını mübahisələndirmədi. Axı günahsız olan biri barəsində olan həbs qərarını da mübahisələndirməlidir. Azından barəsindəki həbs qərarının ev dustaqlığı, heç yerə getməmək haqda iltizamla əvəzlənməsi üçün apelyasiya şikayəti verməli idi. Nə baş verdi? Vüqar Mahmudov bunu etmədi. Nədir, o, evində oturmaqdansa, həbs yerində oturmağı üstün tutur? Mətbuatda yazılanlara görə, Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olmaqla qanunsuz işlər görüb. Demək ki, bu işlərdə Eldar Mahmudovun günahı olmayıb, gülməli olardı. MTN-də illərlə baş verən hadisə və proseslər haqda hələ o dövrlərdə də mətbuatda məlumatlar vardı. Kimsə çıxıb deyə bilməz ki, MTN-də baş verənlərdən Eldar Mahmudovun xəbəri olmayıb. Bunun üçün fantaziya baxımından zəngin biri olmaq lazımdır. Odur ki, Eldar Mahmudovun 2 il sonra istintaqa çağırılması reallıqları nəzərə alıb ortaq bir məxrəcə gəlinməsinə daha çox bənzəyir”.

Ə.Həsənov rəsmi qurumların Eldar Mahmudovun istintaqa çağırılması haqda qısa açıqlama ilə işlərini bitmiş hesab etmələrinin də belə bir anlaşmanının təzahürlərindən biri olmasını istisna etməyib.|anv.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

    Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı ...

    4-11-2017, 15:14

  • 
  • ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA

    ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni ...

    8-11-2017, 13:37

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu