Azərbaycanda cəza çəkə 26 iranlı məhbus öz ölkəsinə verilib.
Bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali deyib. Onun sözlərinə görə, məhbusların təhvil verilməsi prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub. Baş konsul qeyd edib ki, 1999-cu ildə iki ölkə arasında məhkumların ekstradisiya haqqında sazişin imzalanmasından etibarən Azərbaycandan İrana 24 dəfə ekstradisiya həyata keçirilib, ümumilikdə isə 500 iranlı məhbus vətənlərinə təhvil verilib. Onların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?