Ötən gün rayonun Qurbanov küçəsi 9 ünvanında soyğunçuluq faktı qeydə alınıb.
Daxil olan məlumata görə, rayon sakini Məmmədova Tamilla Məcnun qızı polisə şikayət edərək bildirib ki, evinə gedən zaman tanımadığı şəxs ona yaxınlaşaraq zor tətbiq etmək üsulu ilə əlindəki çantasını götürərək qaçıb. Aparılan çantada 900 manat pulun olduğunu deyən qadın həmçinin baş verənlərə görə qorxu hissi də keçirib. Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 180-ci ( soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda soyğunçunun tapılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?