Bakı şəhərində mənzildən xeyli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 13500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Sultanov saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?