Avtoritetlərin qaçışına görə həbs edilən taksi sürücüsünün və qadının həbs müddəti uzadılıb.
Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq, saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Hər iki şəxsin həbs müddəti üç ay uzadılıb. Bildirək ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayonu ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev və G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur./musavat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?