Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.
Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.
Eldəniz Alıyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda E.Alıyevin qeyri-qanuni fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir./virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?