Hadisə bu gün səhər saatlarında Nərimanov rayonu, “Şərq” bazarı yaxınlığında Xətai küçəsində yerləşən “Atlas” tibb mərkəzinin qarşısında qeydə alınıb.
Nərimanov RPİ-dən verilən məlumata görə, Rəşad İbrahimov keçmiş həyat yoldaşının başqa kişi ilə görüşdüyü barədə məlumat alıb. Səhər saatlarında isə onalara yaxınlaşaraq hər ikisinə çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Zəhrə Səfər qızı İbrahimova dünyasını dəyişib, Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Artıq hadisəni törədən şəxs saxlanılıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, R.İbrahimov 2 ildir ailəsindən ayrılıb. Bu gün isə xəsarət alan E.Əliyev, Zəhrə İbrahimovanı biznes mərkəzlərindən birinə işə düzəldib. Bundan xəbər tutan R.İbrahimov ilk iş günü onların hər ikisini öldürmək qərarına gəlib. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?