Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.
May ayının 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb. Onun asılmış meyiti nənəsinə məxsus bağ evində aşkar edilib.
Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında baş verib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?