Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis idarəsinin keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonunda yerləşən 1 saylı Laçın rayon uşaq musiqi məktəbinin müəllimi, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Rüstəmov Şərif Qurban oğlu narkotik vasitə satarkən yaxalanmış, barəsində cinayət işi başlanıb Baş Polis İdarəsinin İstintaq idarəsinin icraatına verilmiş və məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs edilmişdir.
Məlumatın dəqiqləşdirilməsi üçün Bakı şəhər prokurorluğu ilə əlaqə saxladıqda bu məsələ ilə əlaqədar Bakı şəhər Baş polis İdarəsinə müraciət etməyimizi bildirdilər. Bakı şəhər Baş Polis İdarəsində isə faktı təsdiqlədilər.
Qeyd edək ki, Şərif Rüstəmov Milli Məclisin 2015-ci il mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktına əsasən azadlığa çıxıb. İxtisaslaşdırılmış Müalicə Müəssisəsində azadlığa buraxılan Şərif Rüstəmov həbsxanada daha çox Sona bülbüllər və Qarabağ şikəstəsini oxuduğunu söyləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?