Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa və dibçəklərə əkilmiş ümumilikdə 103 ədəd çətənə kolu, eyni zamanda həmin narkotik vasitələr əkilmiş sahəyə qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış , qurudulmamış marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?