Bu gün Samux rayonunda çayda meyiti tapılan şəxsin kimliyi məlum olub. Onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.
F. Ələsgərov bu il mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.
***
12:47
Samux rayonunda naməlum kişi meyiti aşkarlanıb.
Meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb. Təxminən orta yaşlarında olan kişi meyitinin xeyli müddətdir ki, çayda qaldığı ehtimal edilir.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir./APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?