GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edildi - RƏSMİ

Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edildi - RƏSMİ

Tarix: 22-06-2018, 17:06 Bölmə :Kirminal Baxış: 465
Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edildi - RƏSMİ


Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb.

Birgə məlumatda bildirilir ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu sahənin inkişafı sürətləndirilməklə, əkin dövriyyəsi genişləndirilmiş, daha çox əmək ehtiyatları işə cəlb olunaraq, infrastruktur müasirləşdirilmiş, fermerlərin müasir texnika və avadanlıqlarla, o cümlədən keyfiyyətli pestisid və gübrələrlə təminatları gücləndirilmişdir.

Yüksək məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə təyinatlı müasir keyfiyyətli pestisid və gübrələrin idxalı və tətbiqi sahibkarlardan, habelə bu sahəyə nəzarəti həyata keçirən vəzifəli şəxslərdən insanlar və ətraf mühit üçün maksimum təhlükəsizliyin təmin olunmasını tələb edir.

Lakin bəzi hallarda bu sahədə mövcud normativ aktların, o cümlədən «Fitosanitar nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanununun, «Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları»nın tələbləri pozulur. Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları və digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək, tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmamış, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunmuşdur.

Nəticədə 2018-ci il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırmış, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar vermişdir.

Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilmiş, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilmişdir.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürmüşdür. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.

Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdır.

İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılmış, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunmuşdur.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunmuşdur.

Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.

Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb

    Kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi ...

    11-06-2018, 21:16

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • "Zəhərlənmə əlaməti olmayanlar kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilir" - RƏSMİ

    "Zəhərlənmə əlaməti olmayanlar kompensasiya ...

    22-06-2018, 17:02

  • 
  • Çin Azərbaycanda pambıq istehsal edəcək

    Çin Azərbaycanda pambıq istehsal edəcək ...

    11-02-2016, 21:35

  • 
  • Tərtər və Ağdamda da zəhərlənmə: 21 pambıqçı xəstəxanalıq oldu

    Tərtər və Ağdamda da zəhərlənmə: 21 pambıqçı ...

    21-06-2018, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu