Oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını yaralayana şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi mənzilin sahibini öldürüb, arvadını isə yaralamaqda təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə prosesdə hökm oxunub. Hökmə əsasən Maqsud Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.
Z.Sərxanova xəstəxanaya yerləşdirilib. Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Məlum olub ki, Maqsud Əliyev avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl-zinət əşyaları tələb edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?