GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “MTN İŞİ” TAĞI ƏHMƏDOVU BİTİRİR – “Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”

“MTN İŞİ” TAĞI ƏHMƏDOVU BİTİRİR – “Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”

Tarix: 24-07-2018, 22:09 Bölmə :Kirminal Baxış: 389
“MTN İŞİ” TAĞI ƏHMƏDOVU BİTİRİR – “Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”


O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi”

“Çovdarovun Tağı Əhmədovu ifasından sonra Eldar Mahmudov barəsində xüsusi qərardad çıxaranların peşman olması da istisna deyil”


Milli Təhlükəsizlik Nazirliyinin ləğvi ilə sonuclanan “MTN işi”nin, bu sistemdəki təmizləmələrin başlamasından 3 ilə yaxın vaxt keçir. 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra aparılan istintaq, məhkəmə işləri də olub-bitib. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısına çıxarılıb və cəzalandırılıblar. Sabiq nazirin özü isə məsuliyyətdən kənarda qaldı. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü həbsdən qoruya bildi. Bundan başqa “MTN işi” üzrə məhkəmə proseslərində belə “Eldar Mahmudov xofu” hiss olunurdu. Eldar Mahmudov məhkəmələrdə sanki hakimlərlə sabiq əlaltılarının arasında dayanırdı. Ötən ilin bu günlərində Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmışdı. H

akim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm verib, onun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. 1 il əvvəl göndərilən xüsusi qərardadın harada olması, məhkəmənin yolladığı xüsusi qərardad üzrə prokurorluqda hansı addımların atılması bilinmir…

Belə bir qərardadın çıxarılmasına əslində heç bir zərurətin olmamasını E.Mahmudov, M.Şıxəliyev haqda kifayət qədər ciddi ittihamların, faktların ortada olması sübut edir. Başqa sözlə desək, E.Mahmudovun ətrafını məhkəmənin xüsusi qərardadı ilə həbs etməyiblər. Əməliyyat keçirilib və onun ətrafında olanlar həbsə alınıblar.

Картинки по запросу Eldar mahmudov mövlam şıxaliyev

Yada salaq ki, V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərilərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, A.Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi. O, üstüörtülü, işarəli danışmaq taktikasına keçmişdi.

MTN işi üzrə zərərçəkənlərdən olan “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovla bağlı epizod “mahmudovçu” general üçün bildikləri mübhəmləri ortaya tökmək meydanı açmışdı.

İttihama görə, Çovdarov hədə-qorxu ilə Tağı Əhmədovdan 3 milyon pul alıb.

Akif Çovdarov Tağı Əhmədov epizodu üzrə 2017-ci il iyulun 10-na qədər keçirilən proseslərdə ümumi danışırdı. Məsələn iyunun 21-də keçirilən prosesdə T.Əhmədov ifadə vermiş, bundan sonra A.Çovdarov ona yönəlik fikirlərini açıqlamışdı.

Sitat: “Tağı Əhmədov, düz danış. Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də olsun ki, səninlə aramda telefon danışığı olmayıb”.

Bundan sonra hakim T.Əhmədova prosesdən uzaqlaşmağa şərait yaratmışdı. Və ümumi fikirlərlə proses davam etmişdi.

E.Mahmudovun barəsində məhkəmə xüsusi qərardad çıxarandan sonra isə A.Çovdarov Tağı Əhmədov epizodu üzrə olduqca sensasion fikirlər açıqladı. Bu ötən il iyulun 12-nə keçirilən prosesə təsadüf etdi.

Sitat: “Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.

MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov iyulun 12-də məhkəməsində bunları dedi və dayanmadı.

Sitat: “Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə… Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan “Bakı Metropoliteni”nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki, adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi”.

A.Çovdarovun bundan sonra dedikləri T.Əhmədovun çoxsaylı, qiyməti milyonlarla ölçülən mal-mülkündən, övladını Xarici İşlər Nazirliyinə yerləşdirib onun vasitəsi ilə ölkədən pul çıxarması və s. haqda oldu.

Ən ilginc məqam isə A.Çovdarovun dilindən söylənən bu fikirlər idi.

Sitat: “Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.

A.Çovdarov bu fikirləri T.Əhmədovla bağlı epizod üzrə keçirilən əvvəlki proseslərdə deyə bilərdi. Amma danışmırdı. Çünki onun keçmiş şefinin ayağanı tapdayan yox idi. Eldar Mahmudov barəsində çıxarılan xüsusi qərardad da əslində ayaq tapdamaq deyildi. Ayaq tapdamağa hazırlıq idi. A.Çovdarovun ifasında verilən qarşılıqdan sonra hazırlığa qərar verənlərin peşman olması da istisna deyil. Xüsusi qərardadın taleyi isə verilən andan bəlli idi. Fakt ondan ibarətdir ki, həmin qərardad artıq “tozlu arxiv” sənədinə çevrilməkdədir…/musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov məmurları necə dinləyib?

    Eldar Mahmudov məmurları necə dinləyib? ...

    30-10-2015, 23:29

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudov da kadr dəyişikliklərinə başladı

    Eldar Mahmudov da kadr dəyişikliklərinə başladı ...

    26-11-2013, 11:46

  • 
  • "MTN işi" 3 icra başçısını bitirir - siyahı

    "MTN işi" 3 icra başçısını bitirir - ...

    6-11-2015, 14:31

  • 
  • Eldar Mahmudov işə başladı: mağazaları açıldı

    Eldar Mahmudov işə başladı: mağazaları açıldı ...

    20-10-2016, 23:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu