GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Nabranda 3 yaşlı uşağın itdiyi məkandan reportaj - “Atası dedi, bütün yolları bağlayın”

Nabranda 3 yaşlı uşağın itdiyi məkandan reportaj - “Atası dedi, bütün yolları bağlayın”

Tarix: 24-07-2018, 23:09 Bölmə :Kirminal Baxış: 366
Nabranda 3 yaşlı uşağın itdiyi məkandan reportaj - “Atası dedi, bütün yolları bağlayın”

Son iki gündə ölkənin gündəmində yer alan hadisələrdən biri də Nabrandakı “Mayak” ailəvi istirahət mərkəzində itkin düşən və bir sutka sonra tapılan 3 yaşlı uşaq idi. “Yeni Müsavat”ın əməkdaşı hadisənin baş verdiyi istirahət mərkəzində olub.

ATA VƏ BABA BESETKADA SÖHBƏT EDİB, UŞAQ MEŞƏYƏ GEDİB

Öncə ondan başlayaq ki, “Mayak” “Dostluq” istirahət mərkəzinin yanında, yolun düz qırağında yerləşir. Kotteclərlə zəngin, bir tərəfi isə meşəliklərə doğru gedən bir məkandır. Bakı-Nabran yolu ilə gələndə yolun solunda qalır və sağ tərəfdə, üzərində “Mayak” ailəvi istirahət mərkəzi – 7/24 sözləri yazılmış bir lövhə görmək mümkündür. Biz də lövhəni görüb, məkana daxil oluruq. Video və fotolardan da gördüyünüz kimi, 40-a yaxın kottecin yan-yana düzüldüyü məkanda besetkalar da var. Besetkaların bəzilərində televizor da quraşdırılıb. Elə balaca uşağın itməsinə “səbəb” olan detallardan biri də bu besetka olub. Bu haqda bir qədər sonra.

Məkana girən kimi bizi qarşılayanlardan biri də administrator Ramiz Abbasov olur. Gözlədiyimin əksinə olaraq, “top-tüfənglə” qarşılamır. Əksinə, bu hadisəyə görə Bakıdan bura gəlməyimə təəccüblənir. Daha sonra isə baş verənləri anladır: “Onlar bura iyulun 22-də gəlmişdilər. İki saat olardı ki, gəlmişdilər. Öncə dənizə getdilər. Sonra anası uşağı atası ilə babasının yanına qoydu. Nənəsi içəridə paltar yuyurdu, anası da nəsə iş görürdü. Bax, o televizor olan besetkadan danışıram. (əli ilə sağ tərəfdəki besetkanı göstərir-müəl.) Nə oldusa, 5-10 dəqiqənin içində oldu. Bir də səs yayıldı ki, uşaq itib”.

AİLƏ UŞAĞIN QAÇIRILMASI VERSİYASI ÜZƏRİNDƏ DAYANIB

Müsahibimiz danışır ki, günorta saat 2-nin yarısında uşağın atası qaça-qaça onun yanına gəlib: “Dedi ki, “xəbər elə, bütün yolları bağlasınlar, uşağı qaçırıblar.” Təbii ki, mən onun qaçırılma ehtimalını ağlıma gətirmədim. Dedim, uşaqdır da, hardasa oynayır. Çünki bu, ilk dəfədir ki, başımıza gəlir. Dərhal polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər. Başladı axtarış. Bu günlər ərzində Nabranda qalanlar bilirlər ki, helikopterlə belə axtarış oldu. Çünki helikopterin səsi hər yerdə eşidilirdi. İXüsusi təlim görmüş it də gətirdilər. Böyük bir əməliyyat başlandı”.

R.Abbasov dedi ki, axtarışa yerli əhali də həvəslə qoşulub. Onlar da həmin saatlarda hər yeri ələk-vələk ediblər. Bu saatlar ərzində isə uşağın valideynləri olduqca pis vəziyyətdə olub. İstirahət mərkəzində çalışan əməkdaşların dediyinə görə, ailə daha çox uşağın qaçırılma versiyası üzərində dayanıb. Uşağın atası keçmiş polis işçisi olub, DYP-də çalışıb və məsələyə daha çox kriminal yöndən baxıb. R.Abbasov: “Bu kotteclərin arxası meşəlikdir. Həm də olduqca sıx meşəlikdir. Uşaq da atasının, babasının yanından ayrılıb, meşəliyə girib. Amma bu uşağın onların yanından ayrılıb, o meşəyə getməsi üçün 10 dəqiqə vaxt lazımdır. Bu da o deməkdir ki, onlar həmin müddətdə uşağı tamamilə unudublar. Halbuki uşaq onlara etibar edilmişdi”.

ADMİNİSTRATOR: “MƏNİ GÜNAHLANDIRDILAR Kİ, NİYƏ KAMERAN YOXDUR? DEDİM, PUL YOXDUR QURAŞDIRMAĞA...”

Müsahibimizin sözlərinə görə, uşaq ordakı kol-kosa ilişdiyi üçün hərəkətsiz qalıb. Ümumiyyətlə, meşənin həmin yerində kolların çox sıx olduğunu deyən administrator körpənin ordan qurtulmaq üçün hərəkət etdiyini, bu səbəbdən də üz-gözünün cırıldığını vurğuladı: “Amma uşağı tapan yerli sakinlərdən biri idi. Adı Erik idi deyilənə görə. Ailəsi dərhal uşağı xəstəxanaya apardı, müayinə etdilər. Axşam isə yığışıb, qayıtdılar. Burda qalmadılar. Mən də qeydiyyat zamanı verdikləri pulu geri qaytardım. Onlar demək olar ki, burda qalmamışdılar. Gəldikləri saatdan bir-iki saat sonra uşaq itdi, gecə hamısı oyaq qaldılar, səhəri gün də çıxıb getdilər”.

Administrator bildirdi ki, ailə onu ilk növbədə içəridə müşahidə kamerasının olmamasına görə ittiham edib: “Mən də onlara bildirdim ki, bunun üçün pulumuz yoxdur. İkinci bir tərəfdən də, bizim belə bir öhdəliyimiz yoxdur. Axı bura 3 hektar ərazisi olan bir yerdir. Kameranı bunun harasına, neçə yerə qoymaq olar? Mümkün deyil. Meşəyə də kamera qoya bilmərik ki. İmkanımız yoxdur kamera quraşdırmağa. Amma ailə dedi ki, kamera olsa, uşağı götürüb gedəni görmək olardı”.

“UŞAĞI ALLAH QORUYUB. MEŞƏDƏ TÜLKÜ DƏ VAR, ÇAQQAL DA...”

R.Abbasov uşağı Allahın qoruduğunu dedi. Onun sözlərinə görə, bu meşədə çaqqal da, tülkü də var. Həmin bir sutkada onun salamat qalması da bir möcüzə əsəri olub: “İlkin fərziyyə o oldu ki, uşaq yolu keçib və dənizə gedib, orda boğulub. Bu, onları daha çox qorxudurdu. Halbuki biz ailələri qəbul edən kimi, onlara təlimat veririk ki, azyaşlı uşaqlarına nəzarət etsinlər, burada onların uşaqları üçün xüsusi bir nəzarətçi yoxdur.

Valideynləri, babası mənimlə dalaşırdılar ki, niyə burda kamera yoxdur. Mən də izah etdim ki, pul yoxdur. Bu məkan 20 ildir ki, var və kamerasızdır. Heç nə də olmayıb. Demək ki, problem kameranın olub-olmamasında deyil. 6 nəfərlik ailə gəlmişdilər. Mən onları 6 nəfər olaraq qeydiyyata aldım. Ata-ana, nənə-baba, əmi, daha bir uşaq və bu itən Məhəmməd. Günah valideynlərdədir, uşağı nəzarətsiz qoyublar”.

“ 6 BÖYÜK ADAM BİR BALACA UŞAĞA BAXA BİLMƏDİLƏR, GÜNAHI ÜSTÜMÜZƏ ATDILAR”

Məkanın ofisiantlarından olan Nizami adlı gənc isə danışır ki, hər şey bir anda baş verib və qəflətən uşağın itməsi barədə səs-küy qopub. “6 böyük bir uşağa baxa bilmədi, günahı üstümüzə atdılar” deyən ofisiantın sözlərinə görə, axtarış əməliyyatları yüksək səviyyədə keçirilib: “Obyekti günahlandırdılar. Halbuki özləri 3 yaşlı uşağa baxmadılar. Özü də balacanı tapan Erik adlı “santexnik” idi. Uşaq onun qucağında gəlmişdi. Onlar üç nəfər olublar. Dediklərinə görə, səhər xəbərlərdə 3 yaşlı uşağın itməsini eşidiblər. Sonra da meşədən keçəndə uşağın səsini eşidiblər. Uşağı o kolluğun içindən birtəhər çıxarıb, gətiriblər”.

Ofisiant deyir ki, uşaq tapılandan bir neçə saat sonra ailə istirahət mərkəzini tərk edib. Müsahibimiz ailənin uşağı tapan şəxsə mükafat vəd etdiyini də xatırlatdı.

ŞÜBHƏLƏR, SUALLAR, SUALLAR....

Söhbət əsnasında istirahət mərkəzində qalan digər sakinlərlə də danışdıq. Adını açıqlamayan bir xanım dedi ki, həmin gecə istirahət mərkəzində heç kəs yatmayıb. Ətraf polislər, gözətçi itləri, FHN əməkdaşları ilə dolu olub. Hər kəs təlaşla, həyəcanla gözləyib. Amma turist xanım dedi ki, tapılma əməliyyatı yerli sakinlərdə şübhə yaradıb: “Necə olur ki, iybilən itlərin, helikopterin tapmadığı uşağı bir yerli sakin tapır? Halbuki əməliyyatçılar həmin çayın qırağına bir neçə dəfə getsələr də, onu tapa bilməmişdilər. Məncə, ortada nəsə qaranlıq məqam var. Ya kimsə uşağı qaçırmaq istəyib, sonra qorxusundan geri qaytarıb. Ya da nəsə başqa bir məsələ var. Bu söhbət çoxuna inandırıcı gəlmədi”.

Bütün hallarda ortada insan faciəsinə bir addım qala.... bir hekayə var. Versiyalar çox olsa da, sonluq üz güldürəndi. Ailəsinə, yaxınlarına sağ-salamat qovuşan bir uşaqdan söhbət gedir. Ümid edək ki, bu hekayə hazırda tətil keçirən bir çox ailələr üçün görk olar. Öncə uşaq, sonra istirahət devizi ilə hərəkət edərlər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nabran Holiday Village” istirahət mərkəzi 2 gündən sonar öz fəliyyətini bərpa edəcək.

    “Nabran Holiday Village” istirahət mərkəzi 2 ...

    25-07-2013, 22:36

  • 
  • Nabranda istirahət mərkəzində fahişəxana aşkarlandı

    Nabranda istirahət mərkəzində fahişəxana ...

    13-08-2014, 00:54

  • 
  • Nabranda itkin düşmüş uşaq: "Akula axtarırdım"

    Nabranda itkin düşmüş uşaq: "Akula ...

    23-07-2018, 22:03

  • 
  • İstirahət mərkəzində faciə - 10 yaşlı uşaq hovuzda boğuldu

    İstirahət mərkəzində faciə - 10 yaşlı uşaq ...

    15-07-2017, 12:58

  • 
  • Nabran 3 yaşlı uşaq itkin düşdü

    Nabran 3 yaşlı uşaq itkin düşdü ...

    23-07-2018, 10:44


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu