Mobil telefondan silinən mesajlar xəyanətin sübutu ola bilər.
gundemxeber.az bildirir ki, məhkəmənin qərarından sonra silinən mesajlar İT mütəxəssisləri tərəfindən geri qaytarılır. Türkiyə televiziyalarından birinə qonaq olan mütəxəssis Mustafa Sancar ortaya çıxardığı həmin yazışmalardan danışıb. Bildirib ki, məhkəmənin qərarından sonra bəzi cütlüklərin bir-birinə xəyanət etdiyi faktı ortaya çıxıb. Ailələrdən bir neçəsində ərin müraciətilə qanuni şəkildə mesajlar geri qaytarıldıqdan sonra hər şey ortaya çıxıb.
Qeyd edək ki, bu prosesin tədbiq edilməsi üçün məhkəməyə 3 min türk lirəsi ödəmək lazımdır.
Sorğu
Yeni dizaynımız necədir?