gundemxeber.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, sentyabrın 2-də Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşadığı evdən çıxaraq itkin düşən 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova ilə bağlı araşdırmalara başlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları L.Həsənovanın yerini müəyyən edərək onu tapıb. Tapılan qız sentyabrın 5-də valideynlərinə təhvil verilib.
Xatırladaq ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək onunla birlikdə yaşayan qızı, 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənovanın itkin düşdüyünü bildirmişdi.
L.Həsənova evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı, çəhrayı köynək olub. Onun boyu 155 sm, normal bədən quruluşludur.
Sorğu
Yeni dizaynımız necədir?