15 noyabr... Bu tarixi heç sevmirəm. Amma ola bilsin tarixin də günahı yoxdur. İnsan gəldiyi və getdiyi günü də sevməlidir.
Gundemxeber.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. Dünyasını dəyişən anasının ölüm ildönümü olduğunu bildirən aparıcı xatirələrini bölüşüb:
"Bir neçə il öncə anam uzun sürən xərçəng xəstəliyindən sonra həyatı tərk edəndə mən lap tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stressdən özüm də xəstəlik tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram, amma anama nə gədər də müalicə etsək, xilas edə bilmədik.
Ana haqqında nə yazılsa azdır. Kaş ki, tarixi geri çəkmək gücüm olaydı. Rahat yat sevimli anam... Səndən bir də olmayacaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?