Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Ə.Əhmədov iki nəfər şəxsin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun barəsində bu il həbs qətimkan tədbiri seçilib.
Əhməd Əhmədov 16 iyun 2000-ci ildən 28 iyul 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olub. Yerli medianın məlumatına görə, Əhməd Əhmədovun vəzifədən azad edilməsi 2017-ci iilin iyununda Naxçıvan gömrüyündə 93 kiloqram heroin tutulmasından sonraya təsadüf edir. Əhməd Əhmədov vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova qarşı ittiham irəli sürülüb./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?