GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Ocaqverdiyevlərin təşkilatında qalmaqal - həbs edilən qohumlar, saxta sənədlər, 122 nəfər zərərçəkmiş...

Ocaqverdiyevlərin təşkilatında qalmaqal - həbs edilən qohumlar, saxta sənədlər, 122 nəfər zərərçəkmiş...

Tarix: 3-01-2019, 12:25 Bölmə :Kirminal Baxış: 321
Ocaqverdiyevlərin təşkilatında qalmaqal - həbs edilən qohumlar, saxta sənədlər, 122 nəfər zərərçəkmiş...


Kredit təşkilatının vəzifəli şəxsləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda dələduzluqda və mənimsəmədə ittiham edilirlər. Həbs edilənlər və zərərçəkmişlər qohumdurlar. Onlar bir-birilərini ittiham edirlər.

“Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin krediti mütəxəssisi və xəzinədarı işləmiş 1982-ci il təvəllüdlü Zamiq Ocaqverdiyev, MMC-nin baş mühasibi işləmiş 1986-ci il təvəllüdlü Orxan Məmmədov və MMC-nin idarə heyyətinin sədri olmuş 1980-ci il təvəllüdlü Pərvin Əhmədov növbəti dəfə müttəhimlər kürsüsünə çıxarılıblar.

İttihama görə onlar “Hikmət-Ziya Kredit İttifaqı” MMC-də tutduqları vəzifədən, öz qulluq mövqeyindən istifadə ediblər.

Məlumata görə, Zamiq Ocaqverdiyev kredit almaq üçün MMC-yə müraciət emiş ayrı-ayrı şəxslərin şəxsiyyət vəsiqələrinin sürətindən və digər rəsmi sənədlərdən istifadə etməklə həmin şəxslərə guya kreditin ayrılması ilə bağlı sənədləşmə aparıb.

Bununla da ümumilikdə Fizuli rayon sakinləri olan 122 nəfərin adına kredit ayıraraq 442 min manat kredit rəsmiləşdiriblər.

Həmin pulu cəmiyyətin Füzuli rayonu, Horadiz şəhəri M.Ə.Rəsulzadə küçəsi 70 ünvanında yerləşən xəzinəsindən götürüb şəxsi ehtiyaclarına xərcləyiblər.

Həmçinin ittihamda yazılır ki, Zamiq Ocaqverdiyev bundan əlavə öz qohumlarının adına da 121 min manat kredit verilməsini rəsmiləşdirərək ələ keçirib. Başqa bir nəfərdən də depozitə pul qoymaq adı ilə 10 min alıb və aylıq 4 faiz gəlir verəcəyini deyib.
Daha sonra isə şəxsi tanışlığı olan bir neçə şəxsin adına “Kapital Bank”dan kredit götürüb.

İttihamda yazılır ki, digər iki təqsirləndirilən şəxslər isə bu əməlində Zamiq Ocaqverdiyevə kömək ediblər.

Bu əməlləri törətməkdə təqsirləndirilən hər üç şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Hökmə əsasən Zamir Ocaqverdiyev 8 il 6 ay, Orxan Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Pərvin Əhmədov barəsində isə şərti cəza təyin edilib.

Hökmdən narazı qalan hər üç şəxs apellyasiya şikayəti verərək barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrliyi ilə baxılıb.

Zamiq Ocaqverdiyev apelyasiya şikayətində bildirib ki, məhkəmə ədalətli qərar qəbul etməyib və əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıb.

Zamiq Ocaqverdiyev deyib ki, vaxtı ilə çalışdığı MMC əmisi oğlu Camal Ocaqverdiyevin və onun ailə üzvlərinin olub. Camal Ocaqverdiyevin oğlu Ziya Ocaqverdiyev də MMC-nin Kredit Komissiyasının sədri olub.

“Nizamnaməyə əsasən kredit komissiyasının rəyi olmadan heç bir şəxsə kredit verilə bilməzdi. Ziya Ocaqverdiyevin imza etdiyi protokollara uyğun olaraq kreditlər verilib. Ancaq istintaq orqanı Ziya Ocaqverdiyevi məsuliyyətə cəlb etmədi. Camalın balaca oğlu Hikmət Ocaqverdiyev də orda mütəxəssis işləyib və bütün əməliyyatlarda iştirak edib, lakin onu da məsuliyyətə cəlb etməyiblər”- deyə həbs edilən Zamiq Ocaqverdiyev bildirib.

Digər təqsirləndirilən Orxan Məmmədov isə MMC-nin sahibi Camal Ocaqverdiyevin bacısı oğludur. Orxan Məmmədov da apelyasiya şikayətində özünü günahkar bilmədiyini deyib.

Söyləyib ki, MMC dayısı Camal Ocaqverdiyev və onun ailə üzvlərinə məxsusdur. O, ancaq onun göstərişlərini yerinə yetirib və onların iradəsindən kənar heç bir hərəkət etməyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib. Qərara əsasən apellyasiya şikayətləri təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    21-02-2015, 11:40

  • 
  • "AMAY Abdulla"nın adamları hakim qarşısında - iş adamının başı yenə dərddə

    "AMAY Abdulla"nın adamları hakim ...

    13-04-2018, 11:58

  • 
  • “Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ

    “Çudo Peçka”nın sahibi HƏBS EDİLDİ ...

    26-07-2017, 12:34

  • 
  • Kredit oliqarxları həbsdə qaldı...

    Kredit oliqarxları həbsdə qaldı... ...

    27-05-2016, 01:12

  • 
  • “Aztelekom”un baş direktoru da saxlanıldı

    “Aztelekom”un baş direktoru da saxlanıldı ...

    17-11-2015, 13:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu