Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun Maştağa qəsəbəsi M.Mirəliyev küçəsində yerləşən yarımtikilidə gizlətdiyi ona məxsus 510 qram heroin də götürülərək istintaqa təqdim edilib. Saxlanılan şəxs narkotik vasitəni bir müddət əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.
DİN-dən verilən məlumatda qeyd olunur ki, faktla bağlı bölmədə toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?