Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkə çökdürülüb.
Gundemxeber.az xəbər verir ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardığı və daha sonra insan alverinin qurbanlarına çevirdiyi üzə çıxıb. Əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb. İlkin istintaqda məlum olub ki, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gələndə “yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.
Fahişəliyə məcbur edilən 10 əcnəbi qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.
Sorğu
Yeni dizaynımız necədir?