Gəncədə ata və oğlunu maşın vurub, onlardan biri ölüb
Hadisə Kəpəz rayon, Üzeyer Hacıbəyli küçəsində qeydə alınıb.
Samux rayon sakini, 1995-ci il təvəllüdlü Kənan Rasim oğlu Abdullazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakinləri, 1964-cu il təvəllüdlü Səttar Əşrəf oğlu Qəribovu və onun 29 yaşlı Anar adlı oğlunu vurub. Qəza nəticəsində S.Qəribov ölüb. A.Qəribov isə özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?