GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Emin 444”ün qətlini dünya çempionu sifariş verib - ŞOK İDDİA

“Emin 444”ün qətlini dünya çempionu sifariş verib - ŞOK İDDİA

Tarix: 14-05-2019, 15:38 Bölmə :Kirminal Baxış: 656
“Emin 444”ün qətlini dünya çempionu sifariş verib - ŞOK İDDİA


Qətldə iştirak edənlərin adları bilindi; qəddar cinayətdə 2-3 müxtəlif bıçaqdan istifadə olunub

“Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində bir neçə nəfərin iştirak etməsi haqda məlumat vermişdik. Mərhumun xalası oğlu Royal Əkbərov bildirmişdi ki, qətldə azı 6 nəfər iştirak edib. Qətllə bağlı redaksiyamıza daxil olan son məlumatlara görə, Emin Səfərovun qətlini kikboksinq üzrə dünya çempionu Zaur Yusifov sifariş edib. Onun adı qətldə həm də iştirakçı kimi keçir.

İddialara görə, qətldə Zaur Yusifov, qardaşı Zamiq Yusifov, atası Əli Yusifov, Vüqar adlı bacısı oğlu, qanlı olaydan sonra həbsə alınan Həsən Tağıyev və digər şəxslər iştirak ediblər. Qətlin dünya çempionu Zaur Yusifovla Emin Səfərovun aralarında baş vermiş mübahisə zəminində törədildiyi bildirilir. Qeyd olunur ki, Emin Səfərov Zaur Yusifova sələmə pul verməsini dəfələrlə irad tutub. Bu da Zaur Yusifova xoş olmayıb. Dünya çempionunun qardaşı ilə də Emin Səfərov arasında mübahisə olub.

Qətldən sonra həbs edilən 1995-ci il təvəllüdlü Həsən Tağıyev Yusifovların ətrafında gəzən, onların tapşırıqlarını yerinə yetirən şəxsdir. Onun qətli boynuna götürməklə Yusifovları istintaqdan kənar saxlamağa cəhd olunduğu bildirilir.

Mərhumun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: “Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi”.

Qeyd edək ki, mayın 10-da Bakının Binəqədi rayonunda son illərin ən qəddar qətllərindən biri törədilib. 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərov öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kiliniki Tibb Mərkəzə müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, qətl əvvəldən planlaşdırılıb. Emin Səfərov hadisə günü 6-cı mikrorayondakı parkın qarşısında dostları ilə dayanıblar. Həmin vaxt Əli Yusifov onlara yaxınlaşıb, Emin Səfərovdan onunla getməsini istəyib. Deyib ki, onu oğlu Zaur Yusifovla barışdırmaq istəyir. Emin Səfərovun maşını ilə Əli Yusifov ərazidən uzaqlaşıb. Emin Səfərovun yaxınları deyir ki, dostları Əli Yusifovun onu ərazidən aldadıb aparmasının şahidi olduğundan belə bir ssenari qurulub - Əli Yusifovun qoluna yüngül bıçaq xəsarəti yetirilib. Sonradan deyə bilsinlər ki, Əli Yusifov guya Həsən Tağıyevlə Emin Səfərovu aralamaq istəyərkən ona da bıçaqla xəsarət yetirilib.

“Eminin Həsən Tağıyevlə heç bir mübahisəsi olmayıb. Onun mübahisəsi Əli Yusifovun oğlu Zaurla olub. Əli Yusifov Emini parkın qarşısından aldadıb aparanda da ”gedək oğlumla barışdırım sizi" deyib. Yəni Əli Yusifov deyə bilərdi ki, “gedək oğlumun işlərinin dalınca ora-bura qaçan Həsən Tağıyevlə barışdırım sizi”. Belə desəydi, əlbəttə ki, Emin onunla getməzdi. Çünki Eminin Həsənlə problemi olmayıb. Zaur Yusifovun sələmçilik etməsi, camaatı zəhərləməsi zəminində olub bu söhbətlər. Bunu 6-cı mikrorayonda bilməyən yoxdur" deyə, Emin Səfərovun yaxınları bildirirlər.

Qeyd edirlər ki, Emin Səfərovun qətlində 6 nəfərin iştirak etməsinin şahidləri var. Bundan başqa, hadisə yaxınlıqdakı villalardan birinin nəzarət kameralarının əhatə dairəsində baş verib: “İstintaq həmin videogörüntüləri villa sahibindən almaqla qətlin tam təfərrüatını, kimlərin orada iştirakını təsbit edə bilər. Eminə 2-3 müxtəlif bıçaqla xəsarətlər yetirilib. Bunu məhkəmə tibb ekspertləri də müəyyən edib. Emin Səfərovun bədəni üzərində 78 bıçaq xəsarətinin izini müəyyən ediblər. Həmin xəsarətlər müxtəlif bıçaqlarla yetirilib. Yəni bıçaq izləri belə qətlin bir neçə nəfər tərəfindən törədilməsinə dəlalət edir. Tələb edirik ki, məsələ araşdırılsın”.

Qeyd edək ki, mərhumun xalası oğlu Royal Əkbərov “Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə növbəti mübahisə olub.

Sitat: “Emin cinayət aləminin üzvü deyildi, sadəcə, kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu. Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqların telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə ”Vinçestr" silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub. Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm".

Emin Səfərovun ailəsi bu cinayətin ədalətli və obyektiv araşdırılmasını tələb edir.

Emin Səfərov mayın 10-da Bakının Binəqədi rayonunda xüsusi qəddarlıqla qətlə yetirilib. O, İsrafil Həşimov küçəsində öldürülüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​SON DƏQİQƏ: Öldürülən “Emin 444” ləqəbli kriminal avtoritet Qulinin dostu imiş - Qətli görün kim SİFARİŞ VERİB

    ​SON DƏQİQƏ: Öldürülən “Emin 444” ləqəbli ...

    11-05-2019, 16:27

  • 
  • Yeni “qanuni oğru” – Masallı Emin

    Yeni “qanuni oğru” – Masallı Emin ...

    25-11-2013, 17:42

  • 
  • Bakıda kriminal hesablaşma: tanınmış avtoritet öldürüldü (VİDEO)

    Bakıda kriminal hesablaşma: tanınmış avtoritet ...

    10-05-2019, 14:23

  • 
  • Boşanmaqlarına bir həftə qalmış ər arvadının qətlini sifariş verib

    Boşanmaqlarına bir həftə qalmış ər arvadının ...

    16-08-2016, 13:59

  • 
  • Emin Ağalarov Braziliya gözəli ilə - FOTOLAR

    Emin Ağalarov Braziliya gözəli ilə - FOTOLAR ...

    3-10-2014, 12:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu