GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu

“Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu

Tarix: 30-09-2019, 16:49 Bölmə :Kirminal Baxış: 1 126
“Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu


İstintaq apararkən, yaxud da məhkəmə proseslərində onun üzünə ən ağır sözlər deyilib, ünvanına açıq şəkildə “yaramaz”, “əclaf”, “cəllad”, “şərəfsiz” kimi ifadələr söylənilib. Amma o, heç vaxt təmkinini pozmayıb. Çünki son sözü demək haqqı onda olub. SSRİ-nin ən səs-küylü məhkəmə proseslərində dövlət ittihamçısı kimi iştirak edən Roman Rudenko sonda hakimlərdən ən ağır cəzaların tətbiqini istəyib.

1945-ci ildə başlayan Nürnberq prosesində nasist rejiminin öndə gedən şəxsləri mühakimə olunanda da SSRİ tərəfindən əsas ittihamçı Rudenko olub və insanlığa qarşı cinayət törədənlərə ən ağır cəzalar tələb edib.

Milliyətcə ukraynalı olan Roman Rudenko 1907-ci ildə Çerniqovda anadan olub. O. yeddiillik təhsildən sonra ilk əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 18 yaşında partiya sıralarına daxil olub. 1929-cu ildə Çerniqov dairəsi Partiya Komitəsinin qərarı ilə dairə prokurorluğuna işləməyə göndərilib. Moskvada 6 aylıq hüquq kurslarını keçdikdən sonra Rudenko Çerniqov prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

Qiyabi yolla ali hüquq təhsili alan Rudenko 1937-1941-ci illərdə Donetsk və Stalin vilayətlərinin (bu vilayət Donetsk və Luqansk vilayətlərinin inzibati əraziləri hesabına yaradılıb, sonralar ləğv olunub) prokuroru vəzifəsində işləyib.

1937-ci ildə “NKVD” üçlükləri yaradılanda Rudenko üçlüyün üzvü olub və SSRİ ərazisində fəaliyyət göstərən “üçlük”lərin ən “məhsuldar” qruplarından biri sayılıb. Maraqlı faktlardan biri odur ki, “üçlük”lərin tərkibində olanda məhkəməsiz, sübutsuz minlərlə insanı ittiham edərək güllələnməyə, sürgünə göndərən Rudenko Xruşovla söhbətlərinin birində, ona “üçlük”lərin fəaliyyəti ilə bağlı verilən suala belə cavab verib:

“Ümumiyyətlə, “üçlük”lərin fəaliyyəti qanunsuz, heç bir hüquqi normaya sığmayan bir məsələ idi. Məhkəmə hökmü olmadan kiməsə cəza vermək bu ağılasığmaz bir ədalətsizlik, haqsızlıq, vəhşilik və bir cinayət idi...”

Daha bir maraqlı fakt isə odur ki, Stalin repressiyalarının fəal üzvü olan Rudenko 1954-1956-cı illərdə repressiya qurbanlarının bəraəti ilə bağlı yaradılmış xüsusi komissiyaya rəhbərlik edənlərdən biri olub və bu komissiyanın işində o, özünü “humanist sovet prinsipləri”nə ən sadiq bir şəxs kimi göstərib.

1941-ci ildə Rudenkoya SSRİ prokurorluğunda milis orqanlarına prokurorluq nəzarəti şöbəsinə rəhbərlik etmək həvalə olunub. O, burada fəallığı ilə fərqlənib.

1942-ci ildə Roman Rudenko Ukrayna prokurorunun müavini, 1944-cü ildə isə Ukraynanın prokuroru təyin edilib.

1945-ci ilin yayında Siyasi Büroda SSRİ tərəfindən Nürnberq prosesində iştirak edəcək nümayəndələrin siyahısı hazırlananda Rudenkonun adı heç bir müzakirə olmadan siyahıya əlavə olunub.

1953-cü ilin iyunun 26-da Lavrenti Beriya həbs olunanda Nikita Xruşov həmin gün SSRİ-nin baş prokuroru Qriqori Safanovu vəzifəsindən azad edib və Rudenkonun Moskvaya gəlməsinə göstəriş verib. Roman Rudenkoya Moskvaya getmək üçün 7 günlük ezamiyyə vərəqi yazılıb. Bu 7 gün düz 27 il uzanıb. Belə ki, 29 iyun 1953-cü ildə Mərkəzi Komitənin Rəyasət Heyəti Rudenkonun baş prokuror təyin olunmasını müzakirəyə çıxarıb və qərar qəbul olunub. 30 iyun 1953-cü il tarixdən Roman Rudenko SSRİ-nin baş prokuroru vəzifəsinin icrasına başlayıb.

Rudenkonun baş prokuror kimi ilk işi Lavrenti Beriya ilə bağlı yaradılmış istintaq qrupuna rəhbərlik etmək olub. Daha sonra o, Beriyanın yaxın ətrafının - Abakumovun, Nodariyanın və digərlərinin istintaqına rəhbərlik edib, onların məhkəməsində dövlət ittihamçısı kimi iştirak edib və hamısının da ən ağır cəzalarla məhkum olunmasına nail olub.

Roman Rudenko həmçinin Mircəfər Bağırovun da məhkəməsində dövlət ittihamçısı kimi şəxsən özü iştirak edib.
1953-cü ildə Vorkuta həbsxanasında davamlı etirazlar və üsyanlar başlayanda bu hadisə yenicə hakimiyyətə gəlmiş Xruşovu narahat edib. Xarici mətbuatda bu hadisənin işıqlandırılmasından və siyasi imicinə xələl gəlməsindən qorxan Xruşov Rudenkoya irad tutub:

- Roman Andreyeviç, baş prokuror kimi Vorkuta hadisələrindən xəbəriniz varmı?

- Əlbəttə, biz hər gün həbsxanadan əməliyyat məlumatları alırıq.

- Amma baş prokuror kimi tədbir görmək haqqında düşünmürsünüz. Mən sizə göstəriş verirəm, istənilən formada həbsxanadakı özbaşınalığa son qoyulmalıdır, Mərkəzi Komitə prokurorluğun işini görməyəcək, gedin, vəzifənizi icra edin.
Elə həmin gün Rudenko Vorkutaya yollanıb, bəbsxanada qiyamçıların qarşısına çıxıb, aparılan söhbətlər nəticə verməyəndə, elə sıranın qarşısında Rudenko tabel silahını çıxarıb və təçkilatçıların birini güllələyib, sonra isə əmr verib:

- Güllələyin!

Rəsmi məlumatlara görə, həmin gün etirazçı məhbuslardan 53 nəfər güllələnib. Şahidlərin söylədiklərinə görə isə, 200 nəfərdən artıq məhbus Rudenkonun əmrinin qurbanı olub.

Baş prokurorun bu “cəsarəti” Nikita Xruşovu qane edib.

Roman Rudenko bütün fəaliyyəti dövründə heç vaxt açıq konfliktlərə getməyib. Amma qarşı tərəflərin arasında “peşəkarlıqla” konflikt yaratmağı bacarıb.

27 ildən artıq bir müddətdə SSRİ-nin baş prokuroru kürsüsündə əyləşən Roman Rudenko birincilərlə çox asanlıqla dil tapıb. Çılğınlığı ilə fərqlənən Nikita Xruşovun hakimiyyəti dövründə də, kaprizli “qocalar”ın Kremldə meydan suladığı Brejnev erasında da Rudenko özünü neytral zonada saxlamağı bacarıb.

Hər ikisinin hakimiyyəti dövründə Rudenkodan savadlı və bacarığlı hüquqşünas kimi səmərəli istifadə olunub.
Baş prokuror vəzifəsi Rudenkonun sağlamlığında böyük problemlər yaradıb. O, 4 dəfə infarkt keçirib. 1981-ci ildə sonuncu dəfə keçirdiyi infarkt onu 27 illik kürsüsündən ayırıb.

Roman Rudenko 23 yanvar 1981-ci ildə 73 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.//musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Roman Polanski və Bill Kosbi Amerika Kino Akademiyasından xaric edilib

    Roman Polanski və Bill Kosbi Amerika Kino ...

    11-05-2018, 15:10

  • 
  • Türkiyədə “Balyoz davası”nda generallara ağır cəzalar

    Türkiyədə “Balyoz davası”nda generallara ağır ...

    10-10-2013, 11:04

  • 
  • Prokuror tanışının bağ evini və mənzilini ələ keçirən şəxsə cəza istəyib

    Prokuror tanışının bağ evini və mənzilini ələ ...

    18-07-2019, 13:29

  • 
  • Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO

    Səddam Hüseynin yazdığı roman aşkarlanıb - FOTO ...

    8-04-2014, 10:41

  • 
  • Rafet El Roman azərbaycanlı modellə münasibətindən danışdı

    Rafet El Roman azərbaycanlı modellə ...

    9-07-2017, 15:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu