Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn sərnişin Gulnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub.
Gundemxeber.az bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, gömrük baxışı zamanı həqiqətən də həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?