Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə fevralın 18-də, paytaxtın Nərimanov rayonu, “Azadlıq” prospekti əzisində qeydə alınıb. Belə ki, naməlum şəxs 1938-ci il təvəllüdlü O.Şerbakovun mənzilindən onun fikrini yayındıraraq, içərisində 1500 manat olan pulqabını oğurlayıb. Daha sonra O.Şerbakov Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rasim Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?