Zaqatala Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.
Gundemxeber.Az bildirir ki, bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?