DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.
Əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini, 36 Zaur Sadıqov Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z. Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z. Sadıqov ümumilikdə onun 1000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?