Azərbaycanda it döyüşləri təşkil edən şəxslərin kimliyi müəyyənləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı hazırda araşdırmalar davam etdirilir:
“Onların törətdikləri əmələ müvafiq olaraq hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırmalar davam etdirilir”.
E.Zahidov deyib ki, it döyüşləri təşkil edən şəxslərin 6 nəfər olduğu müəyyən edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb. Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər. Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.
Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?