Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə AXCP təşkilat şöbəsinin üzvü Elnur Yusubov barədə inzibati həbs qərarından verilən şikayətini təmin etməyib.
AXCP -dən Amerikanın Səsinə verilən məlumata görə Elnur Yusubov özü də iştirak edib.
O məhkəmədə protokolun saxta, həbsinin qanunsuz olduğunu bildirib.
Özünün inzibati həbsinin son günlər AXCP-yə qarşı represiyanın tərkib hissəsi olduğunu məhkəmə heyətinə çatdırıb. Onun vəkilibildirib ki, qərardan Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edəcək.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.
Qısa tarixcə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?