Tatarıstanda erməni cinayətkar tərəfindən qətlə yetirilən rusiyalı biznesmen Yevgeni Dedaninin güllələnmə anı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Gundemxeber.Az xəbər verir ki, kadrları “112” “Telegram” kanalı paylaşıb.
Videoda Araik Mirzoyanın Dedaninə arxadan yaxınlaşdığı və bir neçə dəfə ona atəş açdığı görünür.
Kanalın məlumatına görə, hücumdan sonra qatil maşını ilə hadisə yerindən uzaqlaşmağa çalışsa da, firmanın əməkdaşı tərəfindən saxlanılıb. İşçi öz avtomobili ilə ona çatıb və polislər gələnə kimi cinayətkarı divara sıxışdırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?