Iran Prezidentinin qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Şəhindoxt Mövlaverdi məhkəmənin qərarı ilə 30 ay həbs cəzasına məhkum edilib.
Xanım Mövlaverdi barəsində işə İnqilab Məhkəməsinin 15-ci şöbəsində baxılıb. Bu cəza ona gizli məlumatların və sənədlərin ötürülməsi və dövlətə qarşı təbliğat aparmaq maddələri üzrə verilib. Mövlaverdinin barəsindəki əxlaqsızlığa təhrik etmək və insanları cinsi sapqınlığa təşviq etmək maddəsi ilə ittihama dair məhkəmə qərarının təfərrüatları isə açıqlanmayıb.
Qeyd edə ki, Şəhindoxt Mövlaverdi Həsən Ruhaninin birinci hökumətində qadın və ailə məsələləri üzrə vitse-prezident vəzifəsini daşıyıb. Ruhaninin ikinci hökumətində vətəndaş hüquqları məsələləri üzrə İran Prezidentinin köməkçisi təyin edilib, lakin 2018-ci ilin dekabrında təqaüdçülərin dövlət vəzifələrində işləməsini qadağan edən qanunun tətbiq edilməsindən sonra istefa verib./report.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?