Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2020-ci ildə keçirilən əməliyyatların nəticəsində bu şəxslərdən ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?