Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.
Bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.
Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Müəyyən edilib ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İ.Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, 4 ədəd kisədə və 1 ədəd selofan torbada qonşu Nəsimi rayonuna aparıb. O, hissələrə bölünmüş meyiti Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsindəki məişət tullantıları qutularına atıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?